06 Aprel 2021, 13:03
Aprelin 07-də gözlənilən hava şəraiti
Aprelin 07-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 13-15 dərəcə isti, Bakıda gecə 7-9 dərəcə, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Aprelin 07-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20 dərəcə isti olacaq.