Hava şəraiti haqqında məlumat

31 Avqust 2023, 18:00

Hava şəraiti haqqında məlumat

Azərbaycanın rayonlarında
Sentyabrın 02-si gündüz şimal və qərb rayonlarından başlayaraq 04-ü səhərədək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusəndə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvanda, Mərkəzi-aran, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur zonasında yağıntıların intensiv və güclü olacağı ehtimalı var.
 
Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
 
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay,
Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay,
Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay,
Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.