14 Avqust 2023, 16:15
Hava şəraiti haqqında məlumat
Azərbaycanın rayonlarında
Avqustun 15-18-də əsasən gündüz saatlarında Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.