Hava şəraiti haqqında məlumat

27 İyul 2023, 16:30

Hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

İyulun 28-də cənub küləyinin 15-20 m/s, 29-dan 30-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 29-u günün birinci yarısında yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.
İyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enərək, 25-28° isti olacaq.


Azərbaycanın rayonlarında

İyulun 28-dən 30-u gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.