23 İyul 2023, 12:10

İyulun 24-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 27-32° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.