26 Mart 2021, 13:10

Martın 27-də gözlənilən hava şəraiti

Martın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Bakıda gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.Nisbi rütubət 80-90 faiz olacaq.

Martın 27-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.