28 İyun 2023, 12:30

İyunun 29-da gözlənilən hava şəraiti

Bakıda və  Abşeron yarımadasında yağmursuz. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32°  isti olacaq. Atmosfer təzyiqi  757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət  50-60 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz  15-20° isti olacaq.