13 Mart 2021, 12:20

Martın 14-də gözlənilən hava şəraiti

Martın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

 
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.  
 
Martın 14-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.