Hava şəraiti haqqında məlumat

25 May 2023, 21:25

Hava şəraiti haqqında məlumat

Azərbaycanın rayonlarında

Mayın 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.