25 May 2023, 17:05

Şimal-Şərq regional mərkəzdə görüş keçirildi

25 may 2023-cü il tarixində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının Coğrafiya ixtisası üzrə təhsil alan tələbələrlə Mİlli Hidrometeorologiya Xidmətinin Şimal-Şərq regional mərkəzində görüş keçirildi. Tələbələrə Quba aqrometeoroloji stansiyasının meteoroloji meydançasındakı cihazlar və müşahidələrin aparılması qaydası barədə, sahənin əhəmiyyəti, meteoroloji müşahidələrin beynəlxalq və regional informasiya mübadiləsinə təqdim edilməsi haqqında məlumat verildi.