25 May 2023, 12:20

Mayın 26-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında havanın tutqun olacağı, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
 

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacaq.