24 May 2023, 19:30

Bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsini icra edən cənab Nuno Queirosun başçılıq etdiyi heyəti ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzini ziyarət etmişdir.

Görüş iqlim dəyişmələrinə adekvat uyğunlaşma tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən və planlaşdırılan işlər, Erkən Xəbərdarlıq Sisteminin ilkin mərhələsi kimi Situasiya Mərkəzinin yaranma tarixçəsi və gələcək modernləşdirilməsi, sistemin rəqəmsallaşdırılması haqqında məlumatlar təqdim edilmişdir.
Görüşdə avtomatlaşdırılmış hidroloji və meteoroloji stansiyalardan, doppler radarlardan avtomat rejimində daxil olan, həmçinin vizuallaşdırılan məlumatların emalı və paylanması əyani şəkildə göstərilmişdir.
 Eyni zamanda, qonaqlara işğaldan azad olunmuş ərazilərdə hidroloji və meteoroloji stansiyalar şəbəkəsinin inkişaf etdirilməsi üzrə fəaliyyət, ölkəmizdə hidrometeorologiya xidmətinin optimallaşdırılması istiqamətində aparılan islahatlar barədə geniş məlumatlar verilmişdir.
Daha sonra cənab Nuno Queirosun digər ölkələrin analoji xidmətləri ilə tanış olduğunu bildirmiş və bir çox ölkələrdə Azərbaycanda fəaliyyət göstərən Situasiya Mərkəzi kimi önəmli qurumun mövcud olmadığını bildirmişdir.
Qonaq Situasiya Mərkəzinin xatirə kitabçasında ürək sözlərini qeyd etmişdir.