14 May 2023, 15:00
Hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Mayın 15-i günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s güclənəcəyi, 15-dən 16-sı gündüzədək isə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında
Mayın 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi kiçik çaylardan qısamüddətli daşqın keçəcəyi ehtimalı var.