09 May 2023, 12:00

Mayın 10-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.