29 Aprel 2023, 13:47
Hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Aprelin 30-u axşamdan mayın 02-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Aprelin 30-dan mayın 01-nə keçən gecə və səhər, 02-də arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.
Azərbaycanın rayonlarında
Aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 04-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, mayın 01-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.