Gələn həftə gözlənilən hava şəraiti haqqında məlumat

09 Aprel 2023, 13:35

Gələn həftə gözlənilən hava şəraiti haqqında məlumat

Azərbaycanın rayonlarında

Gələn həftə ərzində hava şəraitinin dəyişkən, fasilələrlə yağıntılı olacağı gözlənilir. I proses aprelin 10-dan 12-si səhərədək, II proses isə 13-dən 14-ü gündüzədək davam edəcək. Əsasən şimal və qərb rayonlarında yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda aprelin 10-da 15-18 m/s, 13-də isə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.