28 Mart 2023, 12:30
Martın 29-da gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində arabir duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 23-28° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.