05 Noyabr 2020, 14:30
Noyabrın 05-də gözlənilən hava şəraiti
Noyabrın 05-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14,
gündüz 19-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.
Noyabrın 05-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 18-22, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.