02 Mart 2023, 12:35

Martın 03-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.