03 Noyabr 2020, 14:30
Noyabrın 03-də gözlənilən hava şəraiti
Noyabrın 03-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-15, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Noyabrın 03-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 20-24,
dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.