24 Fevral 2021, 11:00

Fevralın 24-də gözlənilən hava şəraiti

Fevralın 24-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər çovğun olacağı ehtimalı var.

Havanın temperaturu Abşeron yarımadasında gecə və gündüz 0-4 dərəcə şaxta, Bakıda gecə və gündüz 0-4 dərəcə şaxta olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq.
Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Fevralın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi ərazilərdə yollar buz bağlayacaq.