07 Yanvar 2023, 12:30

Yanvarın 08-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında yağıntılı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə və gündüz 0°-yə yaxın, Bakıda gecə və gündüz 0°-yə yaxın olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Yolar buz bağlayacaq.