19 Dekabr 2022, 11:50
Hava şəraitinin dəyişəcəyi haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
20-si gün ərzində arabir yağıntılı olacaq.
Havanın temperaturu: gecə və gündüz 2-5° isti olacaq.
Azərbaycanın rayonlarında
Yağıntı: Dekabrın 19-dan 20-nə keçən gecə şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Külək: Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.
Havanın temperaturu: dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0°-yə yaxınlaşacağı gözlənilir.
Yollar: Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.