04 Dekabr 2022, 12:20

Dekabrın 05-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu 3-5° isti olacaq. Atmosfer təzyiqi 777 mm civə sütunundan 775 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq. 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu 2-6° isti, dağlarda 3-8° şaxta olacaq.