12 Noyabr 2022, 12:05

Noyabrın 13-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-15° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında
əsasən yağmursuz. Gecə və səhər saatlarında duman olacaq. 
Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacaq.