31 Oktyabr 2022, 23:00
Hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Noyabrın 01-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında
Noyabrın 01-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
Çaylarda sululuğun artacağı ehtimal olunur.