09 Oktyabr 2022, 12:07

Oktyabrın 10-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.   
Nisbi rütubət 65-75 % olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.