03 Oktyabr 2022, 12:30

Oktyabrın 04-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-32° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-19° isti olacaq.