03 Sentyabr 2022, 14:30
Hava şəraitinin dəyişəcəyi haqqında məlumat
25 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında
Proses sentyabrın 05-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq.
Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq.
Küləkli hava şəraiti 07-si gündüzədək davam edəcək.
Havanın temperaturu tədricən 8-10° aşağı enəcək.
Yağış: 06-sı gündüzdən 08-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında
Proses sentyabrın 05-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 06-dan 08-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.
Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.