30 Avqust 2022, 12:00

Avqustun 31-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında  yağmursuz. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer  təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi  rütubət gecə  70-75 %, gündüz  25-30 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.