24 Avqust 2022, 11:00

Avqustun 25-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub-şərq küləyi əsəcək

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-38° isti,  dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.