21 Avqust 2022, 11:40

Avqustun 22-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 50-60 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.