18 Avqust 2022, 13:13

Avqustun 19-da gözlənilən hava şəraiti


Bakıda və Abşeron yarımadasında yağmursuz. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq.  Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.