13 Avqust 2022, 12:10

Avqustun 14-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında günəşli. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. 
Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.