06 Avqust 2022, 12:00

Avqustun 07-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşama doğru şimşək çaxacağı, yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi  ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33° isti, Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunudan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.


Azərbaycanın rayonlarında  bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 
18-23° isti olacaq.