26 Yanvar 2021, 12:45

Yanvarın 26-da gözlənilən hava şəraiti

Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-9, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.


Yanvarın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.