18 May 2022, 16:30

Hava şəraitinin qeyri-sabit keçməsi haqqında məlumat

Bakıda və Abşeron yarımadasında
Mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s olacaq.

Axşam və gecə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.


Azərbaycanın rayonlarında
Mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal olunur.
Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 28-33 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal var.