19 Yanvar 2021, 12:51

Yanvarın 19-da gözlənilən hava şəraiti

Yanvarın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi,  axşam yağıntılı olacağı, gecəyə doğru isə sulu qara,qara keçəcəyi gözlənilir.Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Yanvarın 19-da Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.  Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 4-8 dərəcə isti, dağlarda  0-4 dərəcə isti olacaq. Yolların buz bağlayacağı ehtimalı var.