07 May 2022, 12:12

Mayın 08-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.