21 Aprel 2022, 12:20

Aprelin 22-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-19° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.  Nisbi rütubət 60-70 % olacaq.
 
Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gündüz şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. 
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 22-27° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.