Dumanlı hava şəraiti davam edir

08 Yanvar 2026, 09:15

Dumanlı hava şəraiti davam edir

Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şəmkir, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala və Biləsuvarda duman müşahidə olunur. Görünüş məsafəsi Bakıda və Abşeron yarımadasında 50-500, bölgələrdə isə 200-700 metrədək məhdudlaşır.

Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.