07 Yanvar 2026, 09:19
Dumanlı hava şəraiti haqqında məlumat
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir.
“Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir”.
Haqqımızda