İstirahət günlərində (sentyabrın 7-8-də) milli parklarda gözlənilən hava şəraiti

06 Sentyabr 2024, 15:21

İstirahət günlərində (sentyabrın 7-8-də) milli parklarda gözlənilən hava şəraiti

Göygöl milli parkı
Səyahət edənləri xoş əhval ruhiyyəli, əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 7-də gecə və səhər arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 23-26° isti olacaq.

Şahdağ milli parkı
Turistləri sabit, əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 23-26° isti olacaq.

Altıağac milli parkı
Səfalı bölgəyə getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 22-25° isti olacaq.

Samur –Yalama milli parkı
Şimal bölgəsinə səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək.
Lakin 7-də gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-29°isti olacaq.

Şirvan milli parkı
Turistləri sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 27-29° isti olacaq.

Ağgöl milli parkı
Havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 29-31° isti olacaq.

Qızılağac milli parkı
Səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 28-30° isti olacaq.

Hirkan milli parkı
Cənub zonasına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-30° isti olacaq.