Meteoroloji radiolokasiya müşahidə sistemləri

Təhlükəli hava şəraitinin vaxtında müəyyənləşdirilməsi, identifikasiyası və onların dəqiq proqnozlaşdırılması  üçün dünya təcrübəsində erkən xəbərdarlıq sistemlərində dopler radarlarından geniş istifadə olunur. Bu məqsədlə Quba rayonu II Nügədi kəndi ərazisində yeni radar quraşdırılıb. Radar vasitəsilə şimal-şərq ərazilərində yerləşən bəzi strateji obyektlərə yüksək keyfiyyətli meteoroloji xidmət göstərmək, ərazi üçün tərtib olunan hava proqnozlarının keyfiyyətini artırmaq, həmçinin həmin ərazilər üçün erkən xəbərdarlıqlar tərtib etmək mümkün olacaq. Bununla yanaşı Bakı və Abşeron yarımadası üçün şimal istiqamətli axınların müəyyənləşdirilməsi üçün böyük əhəmiyyətə malikdir.

Göygöl və Şamaxı rayonlarında quraşdırılmış müasir Dopler radarları

Yeni quraşdırılan X band radar Çexiyanın Meteopress şirkətini istehsalıdır. Meteopress qabaqcıl texnologiyalardan istifadə edərək, son 7 ildə dünyanın müxtəlif yerlərində 35-dən çox radar quraşdırıb. X band dopler radarları  0-360º azimutda 25 km yüksəklikdə, 150 km radiusda  ölçmə işlərini aparır.

Göygöl və Şamaxı rayonlarında quraşdırılmış müasir Dopler radarları

Dopler radar sistemində tətbiq olunan ikili polyarizasiya texnologiyası gözlənilən yağıntıların növünü və ölçülərini qiymətləndirməyə imkan verir. Dopler texnologiyasının köməyilə bulud, yağıntı və hava axınlarının atmosferin müxtəlif təbəqələrində hərəkət xarakterini aşkara çıxarmaq  mümkündür. Radar sisteminin işə salınması, idarə olunması və onun işinə nəzarət məsafədən də fasiləsiz avtomatlaşdırılmış kalibrlənmə, habelə dəqiq analizi həyata keçirir.

Dopler radiolokatorları günün istənilən vaxtında və istənilən hava şəraitində bulud və yağıntı proseslərinin inkişaf tendensiyasını qiymətləndirməyə, atmosfer yağıntıların intensivlik və miqdarını, həmçinin təhlükəli topa-yağış buludlarında yaranan dolunun ölçülərini müəyyən etməyə imkan verir. Radilokator atmosferə nazik dəstə şəklində istiqamətləndirilmiş yüksək tezlikli elektromaqnit dalğalarının zondlayıcı qısa impulslarını şüalandırır.
Dopler radarları təhlükəli hadisələrin proqnozlaşdırılmasının kefiyyətinin yüksəldilməsi və vaxtında verilməsi ilə, iqtisadiyyatın bir çox sahələrinin (şəhər təsərrüfatı, kənd təsərrüfatı kompleksi, nəqliyyat, xüsusilə hava nəqliyyatı və s.) təhlükəsiz fəaliyyətini təmin edir.
Məntəqələr