Sentyabrın 6-sı saat 14:30-a olan faktiki hava

06 Sentyabr 2024, 14:48

Sentyabrın 6-sı saat 14:30-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 6-sı saat 14:30-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Balakən, Quba, Xaçmaz, Qax, Zaqatalada arabir yağış yağıb.

Əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Narıncı xəbərdarlığa uyğun olaraq Gəncədə 24 m/s, Naftalan, Goranboyda 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə küləyin maksimal sürəti Culfa, Salyan, Şirvanda 18 m/s, Sabirabadda 17 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 32, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.