Sentyabrın 5-si saat 18:00-a olan faktiki hava

05 Sentyabr 2024, 18:00

Sentyabrın 5-si saat 18:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi arabir güclənib. Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada 20 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 35, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.