Sentyabrın 5-i saat 15:00-a olan faktiki hava

05 Sentyabr 2024, 15:30

Sentyabrın 5-i saat 15:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-i saat 15:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi 21 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, Aran rayonlarında 34, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.