
16 Avqust 2025, 09:53
Avqustun 16-sı saat 9:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin avqustun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub.
Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin 17-si axşamadək davam edəcəyi gözlənilir.