Ekspert saatı

12 Fevral 2025, 17:40

Ekspert saatı

Əziz izləyicilər, 14 fevral tarixində, saat 16:00-17:00 aralığında “Ekspert saatı” rubrikasının növbəti canlı yayımını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin facebook sosial şəbəkəsi üzərindən izləyə bilərsiniz.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən aşağıda qeyd olunan mövzular ətrafında suallarınız cavablandırılacaq.

Qarşıdakı günlərdə gözlənilən hava şəraiti;
Ölkəmizdə hidrometeorologiya sahəsi üzrə son illər ərzində görülən işlər;
Hava proqnozlarının hazırlanma üsulları;
Erkən Xəbərdarlıq Sisteminin tətbiqi.

Sizi maraqlandıran sualları səhifəyə yazın, canlı yayımda cavablandırılsın.