Fevralın 8-i saat 23:00-a olan faktiki hava

08 Fevral 2025, 23:08

Fevralın 8-i saat 23:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin fevralın 8-i saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Qəbələ, Yardımlı, Tərtər, Kəlbəcər, Laçın, Gəncə, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Zaqatalada arabir qar, Tovuzda yağış yağır.

Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 26 m/s, Şirvanda 17 m/s-yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Şuşa, Şamaxı, Qax, Lerik, Daşkəsən, Göygöldə duman müşahidə olunur. Dumanda görünüş 500- 1000 metrədək məhdudlaşıb.